BP: BTC-də qəza baş verməyib


Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində heç bir qəza baş verməyib.

Bunu Trend-ə BTC-nin operatoru olan BP şirkətindən deyiblər.

Şirkətdən bildiriblər ki, bəzi KİV-lərin boru kəmərində qəza baş verməsi ilə bağlı yaydığı məlumatlar həqiqətəuyğun deyil.

Şirkətdən qeyd ediblər: "Neft dağılmalarının qarşısını almaq üçün onun çıxarılması məqsədilə boru kəmərində nasoslar quraşdıran şirkətin press-relizində deyilirdi ki, BTC-nin istismara verilməsindən etibarən onun işi heç vaxt dayanmayıb. Hər 6 aydan bir aparılan profilaktik işlərin həyata keçirilməsi zamanı müəyyən edilib ki, nasoslardan biri zibillə dolub. Nasosun işi 3 həftə ərzində bərpa edilib. Bu, boru kəmərinin işinə heç cür təsir etməyib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu