Marsda günəşin qürubunun VİDEOSU


NASA 956-cı günün sonunda Curiosity marsoxodunun yerləşdiyi Heyla kraterindən çəkilən və Mars planetində günəşin qürubunu əks etdirən dörd fotonu nümayiş etdirib.

AFN.az lenta.ru saytına istinadən xəbər verir ki, bu haqda agentliyin saytında məlumat yerləşdirilib. Mastcam kamerasının köməyilə “Curiosity”nin işıqda əldə etdiyi bu fotolar Marsdakı qürubun ilk belə təsvirləridir. Çəkiliş zamanı yaranan artefaktların təmizlənməsi üçün fotoşəkillər emal edilb, amma insan gözü Mars qürubunu məhz, bu cür görə bilərdi.
Marsoxod NASA tərəfindən qırmızı planetə 2011-ci il noyabrın 26-da Atlas V 541 raket-daşıyıcısı ilə göndərilib. Cihaz Marsın səthinə 2012-ci il avqustun 6-da Heyla krateri ərazisində eniş edib. Bu NASA-nın Mars Science Laboratory proqramı çərçivəində Marsa göndərdiyi üçüncü marsoxoddur.

RAFİQ




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu