Mübariz Mənsimovun “dəniz döyüşü”...


Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali Group” şirkətinin prezidenti Mübariz Mənsimov onun prezident Ərdoğanın ailə üzvləri ilə ortaq gəmiçilik biznesi barədə xəbərlər yayan “Deniz Haber” portalına qarşı məhkəmə iddiası qaldırıb.

Bu haqda həmin portal özü məlumat yayıb. Məlumatda deyilir ki, oliqarx Mənsimov “Deniz Haber”də yayımlanan iki xəbərə görə 200 min türk lirəsi məbləğində mənəvi zərər kompensasiyası tələb edir.

Azərbaycanlı milyarderin vəkili portalda ötən il və bu il yayımlanan “Mübariz Qurbanoğlu və Rza Zərrabın Bilal Ərdoğan sevgisi göz yaşardır” və “Mübariz Qurbanov topa kəllə vurdu” başlıqlı iki xəbərdə müdafiə etdiyi şəxsin hüquqlarının pozulduğunu və biznesinə zərər dəydiyini bildirir. İstanbul məhkəməsinə təqdim olunan ərizədə hər xəbər üçün 100 min türk lirəsi maddi təzminatt tələb olunur. Həmçinin cavabdehlər bu xəbərdə yer alan iddiaları təkzib edərək onun Türkiyədə ən çox tirajlı qəzetlərdən birində dərc edilməsini də təmin etməlidir.

“Deniz Haber”bundan əvvəl bildirmişdi ki, Mənsimovun Ərdoğanın ailə üzvləri ilə ortaq gəmiçilik biznesinə dair sübutları var.(virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu