Zakir Həsənov Naxçıvana gedib


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə birgə taktiki təlimlərini izləmək məqsədilə Naxçıvana gedib.

AFN.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Zakir Həsənov təlimlərin növbəti mərhələsini müşahidə etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə birgə təlimlərin, müdafiə sahəsində təcrübə mübadiləsinin vacibliyi, hərbi əməkdaşlığın əhəmiyyəti və gələcək perspektivləri müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu