“Elnur “Eurovision - 2015”in qalibi olacaq”


“Azərbaycan bu il də “Eurovision” yarışmasında birinci yerə çıxacaq”.

Bunu Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov deyib. Bəstəkar hesab edir ki, Elnur Hüseynov finalda rəqibləri arasında ən güclü iştirakçıdır.

“Elnur bu gün bizi sevindirəcək. O, çox gözəl ifaçıdır. Xarici görünüşünə görə də avropalılara oxşayır. Nəticə Elnur yenidən Azərbaycana qələbə gətirəcək. Bayram-bayrama qarışacaq. Həm Avropa Oyunlarını keçirəcəyik, həm də “Eurovision”un qalibi olacağıq. Biz Elnurdan qələbə gözləyirik”-deyə Xalq artisti vurğulayıb.

Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada “Eurovision -2015” mahnı müsabiqəsinin filanı keçiriləcək. Azərbaycanı müsabiqədə təmsil edən Elnur Hüseynov finalda 24-cü yerdə çıxış edəcək.

Elnur Hüseynov müsabiqədə İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer, Lina Hansonun bəstələdikləri “Hour of wolf” mahnısını ifa edəcək. (azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu