Düşmən cəbhədə təxribat törətdi, ordumuz hərəkətə keçdi (RƏSMİ)


Düşmən cəbhədə təxribat törətdi, ordumuz hərəkətə keçdi


Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən AFN-ə verilən məlumata görə, 03 aprel tarixində saat 04:30-dan başlamaqla Qazax ra­yo­nunun Bala Cəfərli kəndi və kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Aygeovit kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu