Milli Məclisin sabiq əməkdaşının həbsxanadan görüntüləri - FOTOLAR


Milli Məclisin sabiq əməkdaşının həbsxanadan görüntüləri -


Bu gün Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsində cəza çəkən 50-ə yaxın şəxslə Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov görüş keçirib.

“Report”un xəbərinə görə, görüş zamanı bildirilib ki, sürücülərə 15 gündən 1 aya qədər inzibati cəza verilib.

Qeyd edilib ki, saxlanilan şəxslər arasında polis postlarını dağıdan, eləcə də polis əməkdaşlarının üzərinə maşın sürən, onlara fiziki xəsarət yetirən şəxslər də var.

Onlardan biri Milli Məclis Aparat rəhbəri xidmətinin sabiq məsləhətçisi Rəmzi Şükürovdur.

R.Şükürov əməlindən peşman olduğunu deyib: "Rayonda xəstəmiz var idi və onu ziyarət etməyə gedirdim. Polis postunu görmədim. Daha sonra görəndə isə saxlamaq imkanım olmadı. Bu cür vəziyyət oldu. Digər vətəndaşlara da müraciət edirəm ki, polisin göstərişlərinə əməl etsinlər".

Qeyd edək ki, R.Şükürov idarə etdiyi 90 AS 606 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə Qaradağ rayonu ərazisində polislərin qanuni əmrlərinə tabe olmayaraq, yol qurğularını qırıb və maşınla ərazidən qaçıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə o, sürücülük hüququnun 2 il məhdudlaşdırılmaqla 30 gün müddətində inzibati qaydada həbs edilib. Hadisədən sonra R.Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsindən azad olunub.

Xatırladaq ki, R.Şükürovun atası Əvəz Şükürov da "tikinti kralı" kimi tanınır. Onlar barəsində mətbuatda dəfələrlə qalmaqallı məqalələr dərc olunub.

Milli Məclisin sabiq əməkdaşının həbsxanadan görüntüləri -
Milli Məclisin sabiq əməkdaşının həbsxanadan görüntüləri -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu