Bağdadda iki partlayış: 10 nəfər öldü


Ötən gecə Bagdadda terror aktı baş verib.

Afn.az İsrail mətbuatına istinadən bildirir ki, iki avtomobilin partladılması nəticəsində 10 nəfər həlak olub. Avtomobillərdən biri “Vaviolon” mehmanxanasının yanında partladılıb. Bu zaman 6 nəfər ölüb 14 nəfər isə yaralanıb.
Bir müddət sonra isə ikinci avtomobil “Meridian” adlı mehmanxananın dayanacağında partlayıb. Bu zaman 4 nəfər ölüb,13 nəfər isə yaralanıb. Qeyd edək ki, hər iki otel yerli və xarici turistlərin ən çox sevdiyi məkanlardandır. Partlayıcılarla bağlı hələki, heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib. Lakin bu hadisədə İŞİD terrorçularının əli olduğu güman edilir.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu