AZAL qiyməti salmağa məcbur edildi


“Turkish Airlines”in ardınca “Azerbaijan Airlines” (AZAL) Bakıdan İstanbula reysində xüsusi aksiyanın müddətini uzatmaq qərarına gəlib. Bu ilin aprelindən tarif dəyişmir və iki tərəfə qiymət 225 avrodur.

Hər iki şirkət eyni vaxtda xüsusi tarifin müddətini bir ay uzatmaq qərarına gəlib. İstanbul dünyanın çox az şəhərlərindəndir ki, iki aviaşirkətin təyyarələri ilə birbaşa reyslə (məsafə 1785 km) uçmaq olar. Rəqabət AZAL-ı qiyməti ucuzlaşdırmağa məcbur edir.

Müqayisə üçün deyək ki, AZAL Romaya (3122 km) iki tərəfə bileti 605 manata, Parisə (3818 km) – 625 manata, Vyanaya (2789 km) – 640 manata, Tel-Əvivə (1649 km) – 526 manata təklif edir.

AZAL gündə 3 dəfə Bakı-İstanbul-Bakı istiqamətində uçuşlar həyata keçirir. “Turkish Airlines” aviaşirkəti də bu qədər reys həyata keçirir.

“Azerbaijan Airlines” Avropa, ABŞ, Asiya və MDB ölkələri üzrə 57 istiqamətə 30 təyyarədən istifadə.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu