Kuboku "Qarabağ" qazandı


Futbol üzrə Azərbaycan kuboku yarışlarının 2014/2015-ci il mövsümü Ağdamın “Qarabağ” komandasının zəfəri ilə başa çatıb.

“Qarabağ” komandası uğurlu yolun sonuncu mərhələsində – iyunun 3-də keçirilən final görüşündə Bakının “Neftçi” komandasını 3:1 hesabı ilə məğlub edərək ili iki kubokla başa vurub.

Qəbələ şəhər stadionunda keçirilən final qarşılaşmasının əvvəlində turnirin kuboku yaşıl meydana paraşütlə endirilib.

Ardıcıl dörd dəfə finala yüksələn “Neftçi” komandası son iki mövsümdə əldə etdiyi mükafatı özündə saxlaya bilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu