ABŞ-dan Ukrayna xəbərdarlığı


Rusiya və separatçılar Ukraynada gərginliyi artıracağı təqdirdə ABŞ arsenalındakı əlavə vasitələrdən istifadə edəcək.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müavini Ben Rods bildirib.

O həmçinin Vaşinqtonun son iki gün ərzində Ukraynanın şərqində zorakılığın artmasından narahat olduğunu qeyd edib. “Biz təmas xəttindən geri çəkilməli olan ağır hərbi texnikalarının istifadəsi hallarını qeydə alırıq”, deyə Rods vurğulayıb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müavini Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətini sərtləşdirəcəyinə əmin olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu