“Bu kimin təklifi idi? Qərar necə qəbul olunub?” – Deputatdan metronun bağlı qalmasına SƏRT ETİRAZ


Bu gündən etibarən yuxarı siniflər üzrə həmçinin bəzi universitetlərdə əyani təhsil bərpa olunub. Bu isə öz növbəsində ictimai nəqliyyatda ciddi sıxlığın yaranması ilə nəticələnib. Metronun da bağlı olduğunu nəzərə alsaq, günün pik saatlarında yaranan sıxlığı təsəvvür etmək çətin deyil.



Maraqlıdır, koronavirusun yayılmasının azalması səbəbi ilə bağlanan metronun yenidən fəaliyyətini davam etdirməsi nə dərəcə real görünür?

Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Cavanşir Paşazadə metronun bağlı olmasının virusu azaltdığını yox, yoluxmanı artırdığını deyib:

"Məktəblərin açılması ilə şəhərdə sıxlıq yaranacaq. Əslində, sıxlıq tək məktəblərlə bağlı deyil. Biz hər gün iş gününün sonunda ictimai nəqliyyatda insan sıxlığının şahidi oluruq. Ümumiyyətlə, karantin dönəmində metronun bağlanaraq şəhərdə sıxlığın yaradılmasını anlaya bilmirəm. Bu kimin təklifi idi? Qərar necə qəbul olunub? Bu qərarı verən adam düşünməlidir ki, əgər metro bağlanırsa avtomatik olaraq avtobuslarda sıxlıq yaranacaq və yaxın təmaslar artacaq”.

Millət vəkili düşünür ki, virusun yayılmasının bir səbəbi də metronun bağlı olmasıdır: "Metro açılmalıdır, çünki metronun bağlı olmasının xəstəliyin yayılmasının qarşısının alınmasında heç bir əhəmiyyəti yoxdur. Metronun açılması həm də insanların daha rahat şəkildə işə gedib-gəlməsinə xidmət edəcək. Bu baxımdan düşünürəm ki, qərarın qəbulu üçün şərait yaradılsın".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu