“Lotu Quli”nin öldürüldüyü otel satışa çıxarılır


Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun öldürüldüyü otel satışa çıxarılır.



AFN-ə bu barədə xəbər verən mənbə bildirir ki, Türkiyənin Antalya şəhərində yerləşən “Alva Donna Exclusive Hotel & Spa” adlı turistik təsisin sahibi yaxın günlərdə bu barədə qərarını açıqlayacaq: “Otel bəlkə də artıq satılıb, mən bir müddət əvvəl satışa çıxarılacağı haqda məlumat almışam. Satışa səbəb isə həmin qətl hadisəsindən sonra otel və onun azərbaycanlı sahibi haqda geniş məlumatların yayılmasıdır”.
Qeyd edək ki, adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir. Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb. Bundan sonra adıçəkilən şirkət "Alva Donna Group" şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib. S.Babayevin Azərbaycanda yüksək vəzifədə çalışan şəxslərdən birinin adamı olduğu bildirilir.
Nadir Səlifov həmin otelin restoranında birgə nahar etdiyi şəxs tərəfindən öldürülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu