Azərbaycanın sirrləri: Babəkin xanımı, xürrəmilərin lideri Banu


Bu günə qədər alimlərin Azərbaycanda xürrəmilər hərakatı və onların hökmranı olan Babək barədə istinadlar ərəb mənbələrinə və iran müəlliflərinə istinad etməsi Azərbaycan ərazisində mövcud olmuş Xürrəmi dövləti barədə yanlış fikirlərin mövcud olmasına şərait yaradıb.


Əslində İslamın Qafqaz regionunda yayılması dövründə burada Azərbaycan adlı dövlətin mövcud olması barədə ərəb mənbələrində kifayət qədər məlumatlar var, sadəcə bizim alimlərin çoxu o mənbələri və istinadları görməzdən gəlirlər. Əməvi xəlifəsi Müaviyyənin Übeyd ibn Şəriyyə əl Cüruhumi (ərəb alimi idi) ilə söhbəti. Müaviyə -"Sən allah Azərbaycan əlaqəniz, xatirəniz və təlaşınız nədir?" Übeyd ibn Şəriyyə "Ora qədim Türk torpağıdır, onlar oraya cəmləşərək bir-irilə qarışmış, təkmilləşmişlər" Belə bir cavab VII əsrin 60-70-ci illərində xəlifəyə verilmişdir. Babək üsyanına Müaviyə ibn Əbu Sufyan xilafəti zamanı dini və dövlət hakimiyyətini əlində mərkəzləşdirərək, inzibati-amirlik, zorakılıq və istibdada söykəndiyi səbəb olmuşdu. İslam Azərbaycanda onun dövründə zorla yayılan zaman əsas şərtlərdən biri də yeni dini qəbul etməyən yerli sakinlərin ərəb əsgərlərini nəinki yemək içmək və maddiyyatla təminatı deyildi, eyni zamanda əsgərlərin cinsi istəklərini qarşılamaq üçün hər bir ailə qadın da onlara təqdim etməli idilər. Ö dövrdə toplumda qadınlar ərəb qaydalarından fərqli həyat tərzi sürüblər. Onlar cəmiyyətin bərabər hüquqlu üzvləri olublar. Buna görə də ərəblərə etiraz edən qadınlar Xürrəmilərə qoşulur, ərəb istilasına və yeni qaydalarına qarşı çıxırdılar. Və bu cür sosial münasibətlərə yabancı olan ərəb tarixçiləri də onları öz adət-ənənələrindən kənar davranış içərisində gördüklərindən heyrətlənmiş və məlum qənaətə gəlmişlər. Həqiqətən də heç bir hüququndan söhbət açmağın mümkün olmadığı ərəb qadınıyla müqayisədə Xürrəmi qadınları xeyli sərbəst idilər və hətta cəmiyyətin idarə edilməsində aktiv rol oynayırdılar. Xürrəmi, məzdək və qədim türk inancına sadiq olan qadınların azadlığını ərəb müəllifləri "əxlaqsızlıq" adlandırdılar. Təbərinin, İbn-ən-Nədimin, ibn-Kəsirin İnanmaq mümkünmü bu cür iftira və böhtan dolu mənbələrə? Babəkin atdığı addımlar Abbasilər sarayının yürütdüyü siyasətə qarşı idisə, təbii ki, həmin sarayın buyruq qulu olan bir ərəb tarixçisi onu öz cızma-qarasında bu sayaq aşağılamağa cəhd edəcəkdi.
Mənbələrdən sızan məlumatlara görə, Babək çoxarvadlı bir insan olub. Və bu faktı incələyən tədqiqatçılar da bu haqda yazılan məlumatlar əsasında eyni nəticəyə gəlirlər. Babəkin 19 yaşında olanda ailə qurduğu ilk qadın Xürrəmilər hərəkatının ilk liderlərindən biri olan Cavidanın xanımı olan 23 yaşlı Banu idi. Banu xürrəmilərin dini inancları və rituallarını icrasına nəzarət edən şəxs idi və onun bizim müasir dillə desək baş kahin olması və ona inanan şəxslərin Cavidandan çox olmasına şərait yaratmış idi. Cavidan bu hərakata başçılıq edən zaman mütləq şəkildə baş kahin Banu ilə izdivacda olmağa məcbur idi. Dini mərasimləri qadının idarə etməsi, hətta mərasim qaydalarını onun xürrəmilərə göstərməsi Cavidanın arvadının adi bir qadın olmadığını göstərir. Banu xürrəmilərin başında duran əsas adamlardan biri idi. Banunun qoruduğu və təbliğ etdiyi inanc sistemində 3 özül meyar vardır:
I. Tanrının insanda təcəssüm etməsi-Hülul.
II.Tənasüh, tinin bir bədəndən digərinə keçməsi.
III.Ricət.

Məhz buna görə də Cavidan Əbu İmranla savaşda ağır yaralanıb ölüm ayağında olan zaman öz varisi kimi Babəki seçməsini məhz xanımı və baş kahin Banuya deyə bilərdi. Ərəb mənbələri guya “Cavidanın arvadı Babəkə vurulduğu” üçün onu seçdiyini iddia edirlər. Amma bu iddianı isbat edəcək dəllilər ortaya çıxmır. O zamankı inanc sisteminə görə Cavidanın yerinə kimin seçiləcəyindən aslı olmayaraq, həmin şəxs Cavidanın arvadı ilə evlənmək məcburiyyətində idi. Varis Babək olduğu üçün də Banu mütləq şəkildə onunla ailə qurmalı idi.
Babəkin 20 il apardığı savaşda Banu onunla bərabər xürrəmilərə başçılıq edirdi. İran müəllifləri yazır ki, onun sözü Babək qədər keçərli idi. Xürrəmi dövlətinin xarici siyasətini və daxili siyasətini, dini inancların icrasına məhz Banu Xürrəmi nəzarət edirdi.
Babək ərəblərə məğlub olandan sonra sərkərdə Afşinin ələ keçirdiyi onun ailə üzvləri arasında xanımı və baş kahin Banu da var idi. Xəlifə Möhtəsimin əfvinə düşən Banu bir müddət Afşinin hərəmxanasında qalmalı olur. Banunun 838-ci ildə ölməsi barədə məlumatlar da var.

Dosent Zaur ƏLİYEV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu