Paşinyanın istefa tarixi açıqlandı


Nikol Paşinyan aprelin 22-27-də də istefa verəcək. AFN az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti bu barədə məlumat yayıb.


“Ermənistan qanunvericiliyinə, xüsusilə Seçki Məcəlləsinə görə, Milli Məclisə növbədənkənar seçkilər parlamentin buraxılmasından 30 gündən tez və 45 gündən gec olmayaraq keçirilir. Parlament baş nazirin istefasından sonra və yeni baş nazirin seçilməsinə iki həftə qalmış buraxılır. Bu o deməkdir ki, hər şey qaydasında getsə, Nikol Paşinyan 22 apreldən 27 aprelə qədər istefa verəcək. Yeri gəlmişkən, Serj Sarkisyan da 2018-ci il aprelin 23-də istefaya gedib”-deyə “Hraparak” yazır.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-ə təyin edilib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu