Azad Rəhimov Bakıya gətirildi


Bir müddətdir ABŞ-da müalicə alan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıya gətirilib.


56 yaşlı nazir paytaxtda özəl xəstəxanalardan birinə yerləşdirilib. Koma vəziyyətində olan Azad Rəhimov süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir, yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.

***

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, Azad Rəhimov hələ də ABŞ-dadır, vəziyyəti ağır olaraq qalır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu