Çölü "KhanCandy", içərisi "Anderson": Bu kafeni Bakıda kim himayə edir?


Vətən Müharibəsi zamanı Ermənistan tərəfinə maddi və mənəvi dəstək verən Anastasiya Tatulovanın "Anderson" kafesi hazırda Bakıda faktiki olaraq elə "Anderson" kimi də fəaliyyət göstərir.


AFN xəbər verir ki, bu barədə tanınmış PR mütəxəssisi Vüqar Baba sosial şəbəkədə bildirib. V.Baba xatırladıb ki, bu xanım oktyabrda status yazaraq Ermənistan tərəfinə pul köçürdüyünü və onları dəstəklədiyini bildirmişdi: "Azərbaycanda kafesi olduğu üzə çıxandan və kafe boykota çağrılandan sonra isə həmin statusu silib "üzrü qəbahətindən böyük" bir status da yazmışdı. Və sonra Azərbaycandakı sahibkar "Anderson" kafedən imtina etdiyini bildirərək kafenin adını "KhanCandy" (səslənişi - Xankəndi) qoyduqlarını elan etmişdi. Ötən gün bu kafedə oldum və gördüm ki, kafenin sadəcə adı simvolik dəyişib, özü isə faktiki "Anderson" olaraq qalıb. İnteryerin məxsusi dizaynı, işçilərin korporativ geyim üslubu, menyunun stili, hazırlanan məhsulların adı, növü, formatı olduğu kimi saxlanıb, hətta kağız süfrə örtüklərinə "Anderson" adı belə qalıb. Yəni, kafe "Anderson" qaydaları ilə, "Anderson" kimi işləməyə davam edir.
Buranı işlədənlər gözə kül üfürmək, insanları aldatmaq üçün sadəcə çöl hissədə adı simvolik dəyişib. "KhanCandy" adı altında françayzinq kafe kimi erməni dəstəkçisi xanıma azərbaycanlı müştərilərin pulunu göndərməklə məşğuldurlar. Bizim pulumuzu Anastasiyaya göndərir ki, o da həmin pulları Ermənistan ordusuna köçürsün".








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu