Həlak olmuş, zərər çəkmiş mülki azərbaycanlıların SİYAHISI


Sentyabrın 27-də səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.



Nəticədə Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb. Xəbərdarlıqlar olunmasına baxmayaraq, düşmən tərəfi təxribatını dayandırmır, təkcə Azərbaycanın hərbi kontingentini deyil, mülki insanları, sosial obyektləri, yaşayış məntəqələrini atəşə tutaraq, işğal etdiyi ərazilərdən çıxmayacağını bəyan edir.

Hazırda da təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Ermənistan silahlı birləşmələrinin növbəti dəfə dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən toplarla atəş nəticəsində həlak olanlar:

Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu (1951);

Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanova Şəfayət (1956);

Naftalan rayonu, Qaşaltı kənd sakini Əmirova Afaq (1981);

Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanova Fidan (2006);

Naftalan rayonu, Qaşaltı kənd sakini Şəhriyar Qurbanov (2007);

Tərtər rayonu, Əliyev Mehman Sovet oğlu (1975);

Tərtər rayonu, Şıx arx qəsəbəsi, Abbasov Xaliq Asif oğlu (1981);

Tərtər rayonu, Şıx arx qəsəbəsi, Abbasov Elşən Asif oğlu (1987);

Ağdam rayonu, Paşayev Coşqun Ənvər oğlu (1979).

Erməni atəşi nəticəsində yaralanan mülki şəxslər:

Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd sakini, 2006-cı il təvəllüdlü Həziyev Hilal İlqar oğlu;

İbrahimov Tural Firdovsi oğlu (1991);

Tərtər şəhəri, Əsədov Qənbər Əsgər oğlu (1968);

Tərtər şəhəri, Hüseynov Fəxrəddin Fərman oğlu (1994);

Tərtər rayonu, Şıx arx qəsəbəsi, Məmmədov Seymur Füzuli oğlu (1984);

Tərtər rayonu, Şıx arx qəsəbəsi, Mahmudov Faiq Malik oğlu (1989).

Ümumilikdə, mülki əhalidən Naftalan şəhəri, Ağdam və Tərtər rayonlarından ikisi uşaq, ikisi ahıl olmaqla, 9 nəfər həlak olub, Ağdam, Tərtər, Daşkəsən, Goranboy, Füzuli və Cəbrayıl rayonlarından olan 31 nəfər isə ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu