Düşmənə vurulan zərər açıqlandı: 200 tank, 228 artilleriya qurğusu və daha nələr...


Azərbaycan Müdafiə Nazirliyi ordumuzun indiyədək düşmənə vurduğu zərəri açıqlayıb.



AFN-in məlumatına görə, nazirliyin mətbuat katibi Anar Eyvazov bildirib ki, sentyabrın 27-dən hərbi əməliyyatlar başlayandan indiyədək Ermənistana məxsus 200-dək tank, 228 artilleriya qurğusu, 300 ədəd hava hücumundan müdafiə sistemi, 6 komanda idarəetmə məntəqəsi, 5 silah-sursat anbarı, 1 ədəd zenit-raket kompleksi məhv edilib.
A.Eyvazov həmçinin bildirib ki, dünən düşmən alayının döyüş bayrağı ələ keçirilib: "Döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var: ya torpaqlarımızdan çıxıb getməlidir, ya da yerində məhv ediləcək. Qələbə bizimlədir!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu