“Azərbaycan Ordusu Xankəndi ətrafındadır” - Qondarma rejimin sözçüsü


Ermənistan rəhbərliyi Şuşanın Azərbaycan ordusu tərəfindən azad olunduğunu etiraf etməyə davam edir. Günün birinci yarısında özünü qondarma “Dağlıq Qarabağ respublikasının“ prezidenti kimi təqdim edən Araik Arutyunyanın feysbuk hesabındakı etirafdan sonra onun “sözçüsü” də Şuşaya nəzarəti itirdiklərini elan edib.



“Qafqazinfo”nun məlumatına görə, Vaqram Poqosyan bu barədə “Facebook” səhifəsində yazıb.

“Təəssüf ki, uğursuzluqlar zənciri bizi izləyir və Şuşa tamamilə nəzarətimizdən kənardadır”, - deyə separatçı rejimin sözçüsü bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycan Ordusu artıq Xankəndi ətrafındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu