FHN rəsmisi yalan danışdı: modul tipli xəstəxanada onlarla xəstənin öldüyü deyilir


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Zığdakı modul tipli xəstəxanada baş verən insidenti təkzib edib.



Qafqazinfoya məsələ ilə bağlı açıqlama verən xanım mətbuat xidməti məlumatların əsassız olduğunu iddia edib: “Xəstəxanada heç bir qəza baş verməyib”.
Lakin redaksiyamıza məlumat verən xəstə yaxınları çoxlu sayda xəstənin həyatını itirdiyini deyirlər. Bildirilir ki, oksigen stansiyalarından birində baş verən partlayış nəticəsində oksigensiz qalaraq dünyasını dəyişən şəxslərin meyitləri gecə ilə xəstəxanadan çıxarılıb: "Çoxunun yaxınlarını aldatdılar ki, başqa xəstəxanalara köçürülür. Əslində isə ehtimal var ki, meyitləri morqlara apardılar, yəqin ki, bir neçə gündən sonra öldüyü deyiləcək yaxınlarına. Xəstəxananın 3 korpusunda reanimasiyada olan xəstələr daha çox ziyan çəkib".
Xatırladaq ki, FHN-in modul tipli xəstəxanasının 17, 18 və 19-cu korpuslarını təmin edən oksigen stansiyalarından birinin sıradan çıxması nəticəsində gecə saatlarında xəstəxanada ciddi problem yaşanıb. Bəzi iddialara görə, 100-ə yaxın xəstə oksigensizlikdən həyatını itirib. Məsələ ilə bağlı ilk məlumatı AFN yayıb. Bu gün hadisə yerində olan əməkdaşımızın sözlərinə görə, ərazidə sakitlikdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu