Paşinyan “ərazilər müqabilində əsirlər” qətnaməsi üzərində işləyir


14 dekabr tarixində Rusiya sülhməramlılarının vasitəçiliyi ilə məhbus mübadiləsi prosesi baş tutdu. Rəsmi olaraq əsir götürülməsi Azərbaycan və Qırmızı Xaç tərəfindən təsdiqlənmiş 44 erməni əsir Ermənistana təhvil verilib. İtkin düşmüş və əsir götürüldüyü ehtimal edilən əsirlərin tapılması və geri qaytarılmasının təşkili prosesi davam edir.



Ötən günlərdə Azərbaycanda əsir götürülmüş 44 erməni əsir İrəvana göndərilib. Erebuni hava limanında əsirləri Arayik Harutyunyan və Ermənistan baş nazirinin müavini Tiqran Avinyanla yanaşı yaxınları qarşıladılar. Onlar oğullarının, atalarının və ərlərinin adlarını eşitmələrini səbirsizliklə gözləyirdilər. Toplananların yeganə istəyi qohumlarının bir an öncə evə gəlmələri idi.

Ötən gün Ermənistanın İnsan Hüquqları Müvvəkili Arman Tatoyan İnsan Hüquqları Müdafiə Ofisinin silahlı qüvvələrdə İnsan hüquqları məsələləri üzrə departamentin rəhbəri Artyom Sedrakyan və həkim Qayane Qukasyan ilə birlikdə Azərbaycandan qayıdanların sağlamlıq vəziyyətinin müayinəsi və digər lazımi tədbirləri həyata keçirilməsi üçün xəstəxanaya baş çəkib.

Qondarma qurumun “ombudsmanı” Artak Beqlaryan Azərbaycanda hələ də müəyyən sayda erməni məhbusun saxlanıldığını, onların bəziləri haqqında dövlət və beynəlxalq hakimiyyət orqanlarına təkzibolunmaz dəlillər verildiyini və verilməkdə davam etdiyini bildirib. Beqlaryan qeyd edib ki, indi onların qaytarılması üçün yeni bir təkanla səyləri davam etdirmək lazımdır.

“Hələ itkin düşmüş hərbi əsirlər və bəziləri, həyatda olduqları ümid edilən onlarla mülki insan var. Onların evlərinə qaytarılması istiqamətində iş aparılmalıdır, əgər sağ deyillərsə, heç olmasa aqibətlərini öyrənmək lazımdır. Deməli, bu istiqamətdə hələ çox şey etmək lazımdır. Bu müddətdə əsas oyunçulara maksimum dəstəyimi davam etdirməyə hazıram ki, bütün tanınan və hələ bilinməyən əsirlər qısa müddətdə öz ocaqlarına çatsınlar”, – deyə o bildirib.

Başqa sözlə, Paşinyan hökuməti tərəfindən ölkəyə gətirilən təhqir və təslim yetərli olmayıb. Erməni maraqlarını Azərbaycan və Rusiya tərəfi ilə müdafiə edən hakimiyyət yoxdur. İstənilən bir məntiqli şəxs, bütün erməni əsirləri Ermənistana qaytardıqdan sonra azərbaycanlıların ən sonda təhvil verilməsi üçün saxlanıla biləcəyini anlayır.

Ancaq söhbət nədən gedir? Təkcə dünən məlum olub ki, Çaylaqqala və Köhnə Tağlar bələdiyyə sədrlərinin dediyinə görə, erməni tərəfindən 100-ə yaxın əsir götürülüb.

Erməni xalqı 44 əsirin qaytarılması xəbərini məmnuniyyətlə qəbul etdikdə, başqa bir cavab-xəbər gəldi. Məlum olduğu kimi, Ermənistan hakimiyyət orqanlarının fəaliyyətsizliyi şəraitində Rusiya sülhməramlıları son iki gündə Çaylaqqala və Köhnə Tağlar bölgəsində sabitlik yaratmaqla məşğul olublar.

Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı vəziyyətlə bağlı yeni xəritəsindəki 14 dekabr tarixli məlumatlara görə, Çaylaqqala və Köhnə Tağlar kəndləri artıq Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır. Dünənə qədər bu kəndlər rus sülhməramlılarının məsuliyyəti altında idi. Paşinyan rəhbərliyi “ərazilər müqabilində əsirlər” qətnaməsini tətbiq etməyə başlamış ola bilərmi?”, – deyə erməni mətbuatında dərc olunan məqalədə qeyd olunur. /Ordu.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu