Məşğul əhalinin hər 100 nəfərindən 70 nəfərinin gəliri əmək haqqı deyilsə...- ŞƏRH


Azərbaycanda yanacağın qiymətini orta əmək haqqının alıcılıq qabiliyyəti əsasında başqa ölkələrlə, xüsusilə də Rusiya və Qazaxıstan, eləcə də inkişaf etmiş ölkələrlə müqayisə etmək yanlışdır.



AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, belə müqayisənin yanlış olmasının əsas səbəbi odur ki, Azərbaycanda məşğul əhalinin yalnız hər 3 nəfərindən biri əmək haqqı cədvəlinə qol çəkir: "İnkişaf etmiş ölkələrdə həmin göstərici 90%-in üzərindədir. Rusiya və Qazaxıstanda 80% ətrafında.
Bizdə məşğul əhalinin hər 100 nəfərindən 70 nəfərinin gəliri əmək haqqı deyilsə, belə müqayisnin nə əhəmiyyəti var? Hələ onu demirəm ki, bizim rəsmi statistikaya görə, maaş cədvəlinə qol çəkənlərin ən yaxşı halda 15%-i orta əmək haqqına bərabər və ondan yüksək məbləğdə məvacib alır. İnkişaf etmiş ölkələrdə həmin göstərici 40%-dən az deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu