Tərbiyəçi uşağı belə boğdu-VİDEO


Çində dəhşətli hadisə baş verib.

Ölkənin Qansu əyalətinin Dunhuanq kəndindəki bir bağçada uşağı məcbur yatırtmaq istəyən tərbiyəçi onun başını ayağının altına basaraq istəyinə nail olmağa çalışıb. Bir müddət bu vəziyyətdə qalan uşaq boğulub və dünyasını dəyişib.

Uşaq həyatda qalmağa çalışdığı halda, tərbiyəçi heç bir şey olmamış kimi onu boğaraq yatırtmağa cəhd edib. Digər tərbiyəçi isə arxasında baş verən dəhşətli olaydan xəbərsiz digər uşağı yatızdırmağa çalışıb.

Baş verən hadisələr anbaan müşahidə kameraları vasitəsilə görüntüyə alınıb.

Hadisə Çində böyük əks-səda doğurub. Polis qadını həbs edib və cinayət işi açıb.(ANS)

[media=https://www.youtube.com/watch?v=0gWTgV_IbWQ]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu