Yol polisi sürücünü belə vurdu-VİDEO


Bakıda yol polisi əməkdaşları ilə sürücülər arasındakı əlbəyaxa davanı, söyüşüb-döyüşmə səhnəsini əks etdirən yeni videogörüntülər yayılıb.

AFN.az-ın məlumatına görə, baku.ws portalının redaksiyasına göndərilmiş videosüjetdə yol polisi əməkdaşının avtobus sürücüsünə hücum etməsi, bunun cavabında isə sürücünün polis əməkdaşına qeyri-etik küçə söyüşləri yağdırması anları öz əksini tapır.

İnsidenti izləyənlər arasında Nəqliyyat Müfəttişliyinin əməkdaşları da gözə dəyir.

Kadrlardan da görünür ki, polis əməkdaşı bir neçə dəfə söyüş işlədəndən sonra sürücünün əllərinə dəyənəklə zərbələr endirir. Yalnız bundan sonra sakitləşib kənara çəkilir. Polisin bu cür aqressiv davranışının səbəbləri bilinmir.

[flash=640,360]http://baku.ws/59411-v-baku-sotrudnik-policii-udaril-voditelya-video.html[/flash]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu