Bakıda qadının intihar cəhdinin qarşısı belə alındı-VİDEO


Bu gün günorta saatlarında Nizami rayonu ərazisində yerləşən yaşayış binasının 5-ci mərtəbəsində bir qadın intihara cəhd edib.

AFN.az musavat.com-a istinadən məlumat verir ki, qadının intihara cəhd etməsinə səbəbin ailə mübahisənin olduğu bildirilir.

Qadın təxminən 30 dəqiqədən artıq bir müddətdə eyvandan asılı vəziyyətdə qalıb. Qadın özünü aşağı atmaq istəsə də, onu qonşuların sayəsində xilas etmək mümkün olub.

Bu müddət ərzində ətrafda yaşayan insanlar onun başını qataraq, intihardan vaz keçirməyə cəhd ediblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu