İŞİD-çi ata uşağına baş kəsmək öyrədir-ŞOK VİDEO


Harada çəkildiyi bilinməyən bu video görüntülərdə, kiçik bir uşaq, oyuncaq ayının başını kəsir.

Sosial mətbuatda sürətlə yayılan və qaynağı hələ bilinməyən bu video böyük müzakirələrə səbəb olub. AFN.az-ın məlumatına görə, qazeta.info Türkiyə mediasına istinadla bildirir ki, videoda üzərində İŞİD döyüşçüləri kimi silahlanmış kiçik uşaq otağa girir. Daha sonra otağının digər küncündə olan oyuncaq ayıya doğru qaçan və 3-4 yaşlarında görünən uşaq, əlindəki bıçaqla ayının başını kəsməyə başlayır. Oyuncağın boynunu bir müddət kəsdikdən sonra bu prosesi video lentə alan şəxsin yüksək səslə "təkbir" deməsindən sonra ona tərəf baxan kiçik uşaq, təkbir gətirərək oyuncağın başını kəsməyə davam edir. Bu görüntülər bu gün saytlarda və sosial şəbəkələrdə tez-tez paylaşılaraq izlənilənlər tərəfindənda böyük reaksiyaya səbəb olub.
Dəhşət saçan həmin video kadrları təqdim edirik:

[media=https://www.youtube.com/watch?v=dh17aVGfMmw]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu