Qızlar birləşib həmcinslərini belə döydülər-VİDEO


Məktəblinin döyülməsi faktı ilə bağlı cinayət işi qaldırılıb

Stavropolda yeniyetmə məktəbli qızın amansızcasına döyülməsi ilə bağlı internetdə yerləşdirilən video-rolik hamıda şok effekti yaradıb. Afn.az NTV-yə saytına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları artıq zərər çəkmişin adını və təhsil aldığı məktəbi müəyyən edə biliblər.
14 yaşlı məktəbli qızın döyülmə səhnəsini elə hücum edən yeniyetmələrin özləri mobil telefondan videoya çəkiblər.
İstintaq orqanları müəyyən ediblər ki, qurbanları ilə meşədə görüşü yeniyetmələrin özləri təyin ediblər. Qızın qışqırığını heç kimin eşidə bilməyəcəyindən arxayın olan məktəblilər durmadan ona zərbələr endiriblər. Kadrda “vur-vur” səsləri aydın eşidilir. Bir məqamda qız hətta zərbələrdən huşunu itirmiş kimi görünür, amma bu da qızışan məktəbliləri sakitləşdirmir.
Nəhayət sonda gənc oğlanlardan biri qızı qorumağa çalışır. Bu məqamdan istifadə edən məktəbli qız oradan qaçmağa müvəffəq ola bilir. Ona tibbi yardım göstərilib: məktəbli qız ciddi sarsıntılar keçirib və tavma alıb. Qızın söylədiyinə görə, onu döyənləri ilk dəfədir ki, görür. Yerli məktəbdən olan müəllim də bu gənclərin heç birini tanıya bilməyib.
Qızı döyənlərin uğursuz ailələrdən olduqları müəyyənləşdirlib. Hücum edənlərdən birinin 16 yaşı tamam olub. Ona qarşı köməksiz vəziyyətdə olan insanı “döymə” maddəsi ilə cinayət işi qaldırıla bilər.

[media=https://www.youtube.com/watch?v=IaR34I0w4WY]

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu