Güclü külək 40 tonluq "Boeing" təyyarəsini yerində fırlatdı- VİDEO


Rusiyanın şimal hissəsində bu günlərdə misli görünməmiş güclü küləklər həyatı az qala iflic edib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, güclü küləyin törətdiyi fəsadlardan biri Norilsk şəhərindəki Alıkel hava limanında qeydə alınıb.

Dayanacaqda durmuş «Boeing-737» təyyarəsi küləyin təsirindən sürüşkən yer örtüyündə fırlanmağa başlayıb. Bu qəribə görüntülər hava limanının işçiləri tərəfindən çəkilib.

Qeyd olunur ki, hava limanı əlverişsiz hava şəraiti üzündən bağlanıb. Taymır muxtar dairəsində küləyin sürəti saniuyədə 30 metrə çatır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu