Azərbaycanda yol polisi sürücünü belə aldatdı- VİDEO

Xəbərin çap versiyası
Tarix: 24-07-2016, 00:27    |    Xəbər oxunub: 8 886 dəfə
Azərbaycanda yol polisi sürücünü belə aldatdı- Samir Mahmudov adlı şəxs yol polisinin onu aldatdığını iddia edir. Çünki polis ona elektron protokolun hazırlanacağını desə də, sonradan elektron kabinetə fərqli seriyalı protokol göndərib.

Əslində qayda pozuntusu xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınırsa elektron kabinetə MMX seriyalı protokol gəlməlidir. Amma bu sürücüyə İXB seriyalı, başqa sözlə desək, əldə yazılmış protokolun elektron variantı göndərilib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, burda İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulub. İlk növbədə, əgər qayda pozuntusu i-patrul sistemi tərəfindən qeydə alınıbsa, onda sürücü saxlanılmamalı idi. Əgər sürücü saxlanılıbsa, prosedur tam başqa cür olmalıdır. Ekspertin sözlərinə görə, elektron protokolların sürücüyə verilməməsinin ciddi fəsadları ola bilər.
Amma problemlər bununla yekunlaşmır. Sürücüdə protokollar bağlı heç bir nüsxə olmadığından sonradan şikayət verməli olsa, əlində heç bir sənəd olmayacaq. Bundan əlavə, sürücünü polis aldadıbsa, sabah kim zəmanət verə bilər ki, elektron kabinetə göndərilən protokolda düzəliş edilməyəcək?






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb -

ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb - HƏBSLƏR VAR

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”-

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”- tanınmış vəkildən AÇIQLAMA

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Mehriban Əliyeva:

Mehriban Əliyeva: "Azərbaycanın əsgər və zabitləri ilə fəxr edirəm"

Bakıda güclü yanğın başladı -

Bakıda güclü yanğın başladı -

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur