Neftçalada qeyri-adi badımcan görənləri heyrətləndirib- VİDEO


Neftçalada Qurbanovlar ailəsinin təsərrüfatında ilk dəfə ağ badımcan yetişib.

CTV (Region TV) xəbər verir ki, bu da görənlərin marağına səbəb olub.

12 il təsərrüfatla məşğul olan rayonun Şorkənd kənd sakini Baba Qurbanov badımcan sahəsinə baş çəkərkən maraqlı hadisə ilə üzləşib.

Belə ki, uzunsov qara badımcan yetişdirən Baba Qurbanov kollarda yumurtaya oxşar bir neçə ağ badımcana rast gəlir. Özü də gördüklərinə heyrətlənib. Baba Qurbanov ilk dəfədir ki, təsərrüfatında belə hadisə ilə qarşılaşdığını deyir. Mütəxəssislər isə bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

[media=https://www.youtube.com/watch?v=FD4_MsWEwsQ]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu