Xəsis ata 5 aylıq oğluna maşın şüşəsini qıymadı- VİDEO+FOTO


Almaniyadan Bursaya gəlib, tarixi yerləri gəzən ailə Yaşıl Türbə önündəki parkda avtomobildən endikdən sonra qapılar kilidlənib və ailənin 5 aylıq körpəsi qızmar havada köməksiz vəziyyətdə maşında qalıb.

Avtomobilin içərisində köməksiz vəziyyətdə qalan körpənin ağlamağına ətrafdakılar da yığışıblar. Sakinlərin "şüşəni qıraq" təklifinə soyuqqanlı yanaşan ata çilingəri gözləyəcəyini deyib. Körpə yarım saat sonra çilingərlərin köməyi ilə havasızlıqdan xilas edilib.
AFN.az avtosfer.az-a istinadla həmin görüntünü təqdim edir.

[media=https://www.youtube.com/watch?v=2FvmLD8GYVs]








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu