Nazirlikdən erməni idmançının təxribatına REAKSİYA

Xəbərin çap versiyası
Tarix: 17-08-2016, 19:46    |    Xəbər oxunub: 8 233 dəfə
Nazirlikdən erməni idmançının təxribatına Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Ermənistan güləşçisi Artur Aleksanyanın təxribata əl atmasına münasibət bildirib.

Bu barədə nazirliyin mətbuat katibi Samaya Məmmədova məlumat verib.

Açıqlamada deyilir: “Müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan tərəfi siyasi arena ilə müqayisədə, heç bir vəchlə idmanın siyasiləşdirilməsinin tərəfdarı olmayıb. Ermənistan idmançının dünənki hərəkəti, bu ölkənin qalib idmançıdan sui-istifadə etməsi də siyasəti idman meydançasına gətirmə cəhdi oldu. Daim özünü təcavüzə məruz qalmış xalq kimi təqdim etdirməyə çalışan Ermənistan bununla da öz mənfur xislətini bütün dünyaya nümayiş etdirib, cılız düşüncəyə malik olduğunu bir daha sübut etdi”.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşi üzrə Olimpiya çempionu olan Ermənistan idmançısı mükafatlandırma mərasimində arenaya üzərində Ermənistan ordusunun aprel döyüşlərində ölən hərbçisi, kiçik çavuş Robert Abadcanın şəkli olan köynəkdə çıxmışdı. Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına əsasən, idmandan siyasi məqsədlər üçün istifadə edilməsi qadağan edilib və bunun üçün ciddi cəzalar nəzərdə tutulub.

Ermənistan idmançısının bu hərəkəti Azərbaycan ictimaiyyətinin sərt etirazlarına səbəb olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur