Yol polisinin bu hərəkəti hamının xoşuna gəldi- VİDEO

Xəbərin çap versiyası
Tarix: 26-08-2016, 00:41    |    Xəbər oxunub: 8 905 dəfə
Yol polisinin bu hərəkəti hamının xoşuna gəldi- Yol polisi var ki, öz hərəkətləri, davranışı və əməlləri ilə öz paqon yoldaşlarının adına ləkə gətirir. Yol polisi də var ki, savadı, davranışı, insanlığı və digər yüksək göstəriciləri ilə cəmiyyətə nümunə olur.

AFN.az-ın xəbərinə görə, avtosfer.az-ın kamerasına tuş gələn bu DYP inspektorunun etdiyi hərəkət də ətrafdakı insanlar tərəfindən rəğbətlə qarşılanıb. Addım atıb səkiyə qalxa və səkidən düşə bilməyən yaşlı kişinin çətinlik çəkdiyini görən inspektor dərhal ona yaxınlaşaraq yolu keçməsinə kömək edib. Görüntülər avqustun 15-də «20 Yanvar» dairəsində qeydə alınıb. Videodan da göründüyü kimi, yaşlı kişi yolu keçməyə çətinlik çəkir. Səkidən düşməyindən hiss olunur ki, keçidlə də hərəkət etmək ona çətin olardı. Yəni, pilləkənləri düşə bilməyəcəkdi. Buna görə də yolu keçiddən yox, bu hissədən keçməyə çalışır. Yol polisi əməkdaşı isə ağsaqqalın həyatını təhlükədən qoruyaraq yolda avtomobillərin hərəkətini dayandırıb onun qarşı tərəfə keçməsinə kömək edir.
Yol polisinin bu davranışını alqışlamaq lazımdır. Bu cür yaşlı insanları küçə və yollara nəzarətsiz buraxanlara isə demək istəyirik ki, bu, çox təhlükəlidir. Yaşlı insanları nəzarətsiz qoymaq faciə ilə nəticələnə bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb -

ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb - HƏBSLƏR VAR

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”-

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”- tanınmış vəkildən AÇIQLAMA

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Mehriban Əliyeva:

Mehriban Əliyeva: "Azərbaycanın əsgər və zabitləri ilə fəxr edirəm"

Bakıda güclü yanğın başladı -

Bakıda güclü yanğın başladı -

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur