Erməni hücumunu dəf edən hərbçilər danışdılar-VİDEO


Martın 19-da təmas xəttində erməni diversiya -təxribat qrupunun qarşısını alaraq xeyli sayda itki ilə geri çəkilməyə məcbur edən Azərbaycan Ordusunun hərbçiləri ilk dəfə olaraq bu əməliyyat barədə danışıblar.

Müdafiə Nazirliyinin məlumatına görə, həmin döyüş toqquşması zamanı düşmənin 20-dək hərbçisi məhv edilib və yaralanıb. Fərqlənən hərbçilərimiz təltif olunublar.

Hərbçilər əməliyyatın necə aparılması, hansı silahlardan istifadə edilməsi, hətta düşmənin döyüş meydanında qoyub qaçdığı silah-sursatdan danışıblar.

Əsgər Zaur Mustafayev deyib ki, düşmən bir kalonda müəyyən ərazidən keçərək cəmləşdi. Ondan sonra 5-10 dəqiqə fasilə ilə qruplara bölündülər.

Əsgər bildirib ki, bunun kəşfiyyat-diversiya qrupu olmasından tam əmin olandan sonra hücumun qarşısını vaxtında almaq üçün rabitə vasitəsilə postlara xəbər verilib.

Digər əsgər isə onlara xəbər verilən kimi hücumun qarşısının alındığını deyib.

Bu barədə daha ətraflı məlumatı bu gün saat 15:30 ANS-də efirə gedəcək MARŞ verilişində əldə edə bilərsiniz.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu