AFN.AZ / Məşhur döyüşçümüzdən qələbə:

Məşhur döyüşçümüzdən qələbə:

Kikboksinq üzrə üçqat dünya çempionu və WAKO üzrə Avropa çempionu, məşhur idmançımız "Lord" ləqəbli Ramal Aslanov növbəti qələbəsini qazanıb.

Baku.ws-in məlumatına görə, idmançımız Çinin paytaxtı Pekin şəhərində keçirilən ən güclü 8 döyüşçünün iştirakı ilə baş tutan mini turnirdə ilk döyüşünü keçirib.

71 kq çəki dərəcəsində döyüşən "Lord" ilk döyüşdə Atik Askarzadahla döyüşüb. Məşhur döyüşçü Melvin Manhoffun yetirməsi olan Atik "Lord"un qarşısında duruş gətirə bilməyib. 2-ci raundda nokauta düşən rəqibi rinqdən xərəklə aparıblar.

"Lord" yarımfinala vəsiqə qazanıb.

25-09-2016, 13:12
Geri qayıt