AFN.AZ / Papanın Bakı səfərindən maraqlı kadrlar-

Papanın Bakı səfərindən maraqlı kadrlar-

Xəbər verdiyimiz kimi, ötən gün Roma Papası Fransisk Azərbaycanda səfərdə olub.

Roma Papasını Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra ölkə başçısı və ailə üzvlərinin Papa ilə görüşü baş tutub. Görüşdən sonra Prezident İlham Əliyev və Papa Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələrinin qarşısında çıxış ediblər.

Daha sonra Bakıdakı Katolik kilsəsində Roma papası Fransiskin iştirakı ilə dua mərasimi (messa) başlayıb. Mərasimdə Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri iştirak edib. Katolik kilsəsində dini ayinlər icra edilib. Dini ayin icra edildikdən sonra Roma papası nitq söyləyib və müqəddəs “İncil” kitabından sitatlar gətirib.

Roma Papası Fransisk, həmçinin Bakıda Heydər Məscidini ziyarət edib. Qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə qarşılayıb. Daha sonra Papa Fransisk məscidlə tanış olub. Burada müxtəlif dinlərin nümayəndələri ilə görüşüb. Qonağa müqəddəs Qurani Kərim hədiyyə olunub. Roma Papası və QMİ sədri dindarlar qarşısında çıxış edib.

Roma Papasının Azərbaycana səfərinin bir çox maraqlı detalları var. Bu səfər "Biz hamımız qardaşıq" şüarı altında baş tutub. Papa Fransisk jurnalistlərə açıqlamasında Azərbaycan səfərindən razı qaldığını söyləyib. O, səfərinin maraqlı keçdiyini sözlərinə əlavə edib.

[media=https://www.youtube.com/watch?v=v3MWipmC6v0]



3-10-2016, 15:56
Geri qayıt