Qarabağ qaziləri şəhid məzarları ilə bağlı Hikmət Hacıyevə MÜRACİƏT ETDİ - "Müdaxilə edin"


Xəbər verdiyimiz kimi, şəhidlərin uyğun yerdə dəfn edilməməsi şəhid ailələrinin etirazına səbəb olub



Qaziler.az bildirir ki, bu etirazlar son günlər daha ciddi xarakter almaqdadır.

Yanvar ayının 26-da Qaradağ rayonunda dəfn edilmiş şəhid məzarlarını su basması bu etirazları daha da ciddiləşdirib. Şəhid ailələri dünən bütün günü həmin ərazidə olsalar da Yasamal rayonu icra hakimiyyətinin nümayəndələrindən başqa heç bir rəsmi qurum nümayəndəsi oraya gəlməyi “şəninə sığışdırmayıb” və heç bir dövlət rəsmisi bununla maraqlanmayıb. Qaradağ Rayon İcra Hakimiyyəti isə məsələyə tamamilə biganədir.

Bununla bağlı Qarabağ qazisi, “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə qazilər adından müraciət edib. O öz feysbuk hesabında H.Hacıyevə müraciət edərək məsələyə müdaxilə edib problemin aradan qaldırılmasına kömək etməyi xahiş edib: “Hörmətli, 44 günlük müharibədə xalqın sevgisini qazanmış Hikmət Hacıyevdən məzarlarını su basmış şəhid ailələrinə baş çəkməyi gözləyirik. Şəhid ailələri onu eşidər. Birbaşa məzarlığa gedər, inşallah, biz tanıdığımız Hikmət Hacıyev! Qazilərimiz adından xahiş edirik: Hikmət müəllim, müdaxilə edin!”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu