Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə hazırlıqlar davam edir


Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının iştirakı ilə “Qış təlimi-2021” adlı təlimlərə hazırlıqlar davam edir.

“Report” xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi tvitter səhifəsində bununla bağlı video paylaşıb.

“Fevralın 1-dən 12-dək Qarsda keçirəcəyimiz “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə hərbi təliminə hazırlıqlar davam edir. Hərbçilərimiz ortaq manevr çərçivəsində minaatanlardan atışlar gerçəkləşdiriblər”, - nazirlikdən bildirilib.

Təlimlər Türkiyə-Azərbaycan birləşmiş taborlarının iştirakı ilə keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu