Azad Rəhimovun səhhəti ilə bağlı son durum açıqlanıb


Gənclər və idman nazirinin müavini İntiqam Babayev hazırda ABŞ-da müalicə olunan nazir Azad Rəhimovun səhhətindən danışıb.



İ.Babayev "Report"a açıqlamasında A.Rəhimovun vəziyyətinin yaxşı olduğunu bildirib.

O, hər gün nazirlə əlaqə saxladıqlarını vurğulayıb: "Hər bir addım, fəaliyyətimiz birbaşa Azad müəllimin tapşırıqları əsasında həyata keçirilir və özü ilə razılaşdırılır. İnanıram ki, qısa zamanda dönüb, yenidən canlı şəkildə gənclər və idman siyasətinin həyata keçirilməsində iştirak edəcək".

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ-da müalicə alır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu