Sabirabadda qanunsuz olaraq işlədilən kompüter oyunları zalı aşkarlandı


Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.



Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan AFN-ə verilən məlumata görə, bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kompüter oyunları zalı aşkar olunub.

Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən kompüter oyunları zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Qayda pozuntusuna yol vermiş 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu