Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI


Bu ilin yanvar ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.


"Report"un əldə etdiyi məlumata görə, ötən ay uşaqlara qoyulan adlar arasında ilk onluq müəyyənləşib.

Belə ki,cari ilin yanvar ayında doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlardan 42 uşağa Əli, 39 uşağa Murad, 38 uşağa Uğur, 35 uşağa Yusif, 35 uşağa Hüseyn, 31 uşağa Məhəmməd, 24 uşağa Ömər, 22 uşağa Tuncay, 21 uşağa Adəm və 18 uşağa isə Ayxan adı qoyulub.

Həmçinin yanvar ayında doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlardan 42 uşağa Zəhra, 41 uşağa Aylin, 37 uşağa Nilay, 36 uşağa Zeynəb, 32 uşağa Məryəm, 26 uşağa Nuray, 26 uşağa Fatimə, 25 uşağa Mələk, 25 uşağa Mədinə və 22 uşağa isə İnci adı verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu