Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanıldı


Daxili işlər orqanlarında çalışan şəxslərin COVID-19 virusuna qarşı vaksinasiyasına başlanılıb.



AFN-in report-a istinadən məlumatına görə, ötən gündən başlayaraq polis əməkdaşlarına koronavirus əleyhinə peyvənd vurulur.

İlkin olaraq vətəndaşlarla daha çox təmas halında olan xidmət sahələrində çalışan polislər, Çevik Polis Alayının (ÇPA) əməkdaşları vaksinasiya olunur.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu