"Baku Medical Plaza"da tüstülənmə baş verib


Bu gün “Baku Medical Plaza” klinikasının Babək filialının ikinci korpusunda avtoklav cihazında qızma nəticəsində tüstülənmə baş verib.



Klinikadan AFN-ə verilən məlumata görə, qısa vaxt ərzində hadisə lokallaşdırılıb: "Havalandırma pərdəsi ilə tüstü mərtəbələrə daxil olduğundan xəstələr birinci korpusa müvəqqəti təxliyyə ediliblər. Hadisə nəticəsində insan həyatı üçün hər hansı təhlükə olmayıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu