İtkin düşən hərbçilərin valideynləri Yerevanın əsas prospektini bağlayıb


Ermənistanda itkin düşən hərbçilərin qohumları Yerevanın əsas prospektini bağlayıblar.



AFN xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, həmin hərbçilərin valideynləri Ermənistanın baş nazirinin ofisinin rəhbəri Arsen Torosyanın açıqlamasına etiraz ediblər. Torosyan deyib ki, 5 min əsiri geri qaytardıqları üçün valideynlər hökumətə minnətdar olmalıdır.

Qeyd edək ki, fevralın 11-də Ermənistan hökumətinin binası qarşısında itkin düşən hərbçilərin valideynləri etiraz aksiyası keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu