Vilayət Eyvazov mayora yeni vəzifə verdi


Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

AFN-in Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Ruslan Cavadov Balakən rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Quba RPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsinə təyinat alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu