“Nar” onlayn təhsil alanlar üçün “TƏHSİL+” internet paketinin müddətini uzadıb


“Nar” pandemiyanın davam etməsi ilə əlaqədar olaraq şagird, tələbə və müəllimlərin dərslərə onlayn qoşulması üçün təqdim etdiyi “TƏHSİL+” internet paketinin müddətini uzadıb. Aprelin sonuna qədər istənilən məkandan rahatlıqla “Microsoft Teams” və “Zoom” tətbiqlərindən heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən istifadə etmək mümkündür.



Qeyd edək ki, paket abunəçilərə hər iki tətbiqdən istifadə üçün sürət limiti olmayan 50GB təqdim edir. Paketin qiyməti 10 AZN təşkil edir. Sərfəli internet paketindən yararlanmaq üçün abunəçilər *777#21# kodunu yığa və ya 777 nömrəsinə “T+” açar sözünü göndərərək paketi aktivləşdirə bilərlər. “TƏHSİL+” internet paketi haqqında ətraflı məlumat https://www.nar.az/tehsil-plus/ səhifəsindən əldə etmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu