Azərbaycanda “Coca-Cola”ya cərimə yazıldı


“Azərbaycan Coca-Cola Bottlers Limited” MMC-yə inzibati cərimə yazılıb.



“Report”un əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol baxılması üçün Binəqdi Rayon Məhkəməsinə göndərilib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

İşə hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.

“Azərbaycan Coca-Cola Bottlers Limited" dünyanın 200-dən çox ölkəsində sərinləşdirici içkilər istehsal edən ABŞ şirkəti “Coca-Cola”nın yerli törəməsidir.

Şirkət Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu