Zəfər Muzeyinin yeri ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib


Bakı şəhərində yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yerləşəcəyi məkanla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib.

Bunu "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.

"Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri hələ dəqiq müəyyənləşdirilməyib. Məkan barədə yekun qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - nazirlikdən qeyd edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 3-də Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu