Bu il Həcc ziyarəti olacaq? - QMİ-dən açıqlama


Bu il Həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələ ki məlumat verilməyib.



Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.

Qeyd edilib ki, Həcc ziyarətinin təşkilinə başlanılması üçün Səudiyyə Ərəbistanından bildiriş gəlməlidir, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir:

"Hələ ki bu bildiriş gəlməyib. Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən yaxın günlərdə razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür.

Lakin bildiriş aprelin axırına doğru gəlsə, vaxta görə ziyarətin təşkil edilməsini çatdırmaq mümkün olmayacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu